Bu tarixdən güclü Lirid meteor yağışı olacaq — AÇIQLAMA
02 Aprel 2025, 14:54
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
641
16.01.2025, 11:44
“Tarix yazan qəhrəmanlarımız” layihəsi davam edir
Qırmızı Ürəklər Fondu xeyriyyəçilik missiyasına sadiq qalaraq sosial layihələr həyata keçirməyə davam edir. Belə ki, Fond “Tarix yazan qəhrəmanlarımız” layihəsi çərçivəsində ötən gün Cəlilabad, Yevlax, Kürdəmir rayonlarından olan şəhid və qazi ailələrini sevindirib. 10 ailə tam təmirli, müasir standartlara cavab verən fərdi yaşayış evləri ilə təmin edilib.
Evlərin açarlarının təqdim olunması zamanı çıxış edən Fondun prezidenti Yusif Poladov layihənin önəmindən və cəmiyyətdə yaratdığı dəyərdən danışıb. “Şəhidlərimiz, qazilərimiz bizim qürur mənbəyimizdir. Dövlətimiz qazilərə və şəhid ailələrinə xüsusi qayğı göstərir. Bununla yanaşı bizim kimi xeyriyyəçilik missiyası daşıyan fondların, qurumların bu mözvuya həssas yanaşması, onları hər zaman diqqət mərkəzində saxlaması olduqca vacibdir. Ona görə də biz hər zaman sizin yanınızda olacağıq. Biz, ürəkləri birləşdirərək daha güclü və həmrəy Azərbaycan üçün çalışırıq”.
Həmçinin oxuyun
Qeyd edək ki, “Tarix yazan qəhrəmanlarımız” layihəsi çərçivəsində 2023-2024-cü illər ərzində Kürdəmir, Yevlax, Cəlilabad, Salyan, Zaqatala, Gədəbəy rayonlarında donorların dəstəyi ilə ümumilikdə 30 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 16-sı şəhid ailələrinə, 14-ü isə Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil olmaq kifayətdir.
15:17 / 02 Aprel 2025
Bayramla bağlı Göyçaya getmişdi, dağda meyiti tapıldı - Foto
1
14:55 / 02 Aprel 2025
Trampın tarifləri qlobal iqtisadiyyatı yüksəldə bilər
19
14:54 / 02 Aprel 2025
Bu tarixdən güclü Lirid meteor yağışı olacaq — AÇIQLAMA
70
14:47 / 02 Aprel 2025
Qozun adı dəyişdirilir
24
14:44 / 02 Aprel 2025
Maskın komandası narkotik üçün sınaqdan keçiriləcək
31
14:34 / 02 Aprel 2025
İran təhdid edir
25
14:31 / 02 Aprel 2025
Əhaliyə xəbərdarlıq edildi
28
14:27 / 02 Aprel 2025
Prezident İlham Əliyevin adından Almaniya Prezidentinin şərəfinə rəsmi nahar verilib
27
13:42 / 02 Aprel 2025
"Heç vaxt ağlıma da gəlməzdi ki, şəhid anası olaram" — Aprel şəhidinin anası ilə MÜSAHİBƏ
222
13:24 / 02 Aprel 2025
11 gün iş olmayacaq
823
12:37 / 02 Aprel 2025
Rusiya 81 xarici KİV-ə qadağa qoyub
54
12:02 / 02 Aprel 2025
Bu tarixdə dərslər başa çatacaq
75
11:57 / 02 Aprel 2025
Verilişi bağlanan Nigar Fərhad haqda gerçək ÜZƏ ÇIXDI: Öz qızını...
1293
11:54 / 02 Aprel 2025
Putin Belarusiya ilə münasibətlərdən danışıb
64
11:47 / 02 Aprel 2025
NATO Rusiya ilə ABŞ arasında yaxınlaşmadan narahatdır
60
11:39 / 02 Aprel 2025
Samir Nuriyevin qayınatası vəfat etdi
85
11:34 / 02 Aprel 2025
Prezidentlər təkbətək görüşdü
70
11:13 / 02 Aprel 2025
Toyda dəhşət yaşandı: 9 yaralı var - FOTO
85
10:57 / 02 Aprel 2025
ABŞ Nobel sülh mükafatçısının vizasını
LƏĞV ETDİ
77
10:47 / 02 Aprel 2025
"Hərbçilərə dedim ki,Ağdama Raqufun gözü ilə də baxın..." — Şəhid xanımı ilə MÜSAHİBƏ
855
10:16 / 02 Aprel 2025
Onlar Trampı məyus etdilər
68
10:00 / 02 Aprel 2025
Trampın sərvəti ARTIB
79
09:50 / 02 Aprel 2025
Azərbaycanda bu şəxslərə 2600 manat pul veriləcək — DETALLAR
390
09:41 / 02 Aprel 2025
Neftçalada narkokuryerlikdə təqsirləndirilən şəxs həbs edilib
85
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.